Abşeronun "Xəstəlikdən azad zona"ya çevrilməsi nəzərdə tutulur


Digərləri 17 May 2019 14:44:00 247 0

Abşeronun "Xəstəlikdən azad zona"ya çevrilməsi nəzərdə tutulur

Abşeron yarımadasının pilot layihə çərçivəsində "Xəstəlikdən azad zona"ya çevrilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, "xəstəlikdən azad zona" heyvan mənşəli zoonoz xəstəliklərdən azad olunur: "Bu, sadəcə pilot bir layidədir. Layihə Azərbaycanın bütün regionlarını əhatə edəcək".

Q.Təhməzli azad zonanın yaradılması üçün Abşeron yarımadasının seçilməsinin təsadüfi olmadığını söyləyib:

"Beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə layihəyə rəylərini veriblər. Rəylər əsasında Abşeron yarımadası azad zonanın yaradılması üçün müvafiq zona seçilib. Çünki burada köçəri heyvanlar az olduğuna görə xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Burada bütün heyvanların izlənməsi həyata keçiriləcək".