“Ərimdən əl çək” Castinin arvadı ilə Selena Qomez arasında qalmaqal


Digərləri 17 May 2019 14:24:00 336 0

“Ərimdən əl çək”  Castinin arvadı ilə Selena Qomez arasında qalmaqal

Heyli Boldvinlə evlənən məşhur müğənni Castin Biberin hələ də eks-sevgilisi Selena Qomezdən qopa bilmədiyi iddia olunur.

Son.az axşam.az-a istinadən bildirir ki, "Radaronline"nın iddiasına görə, Heyli bir müddətdir ərinin Selena ilə yazışdığının fərqinə varıb. Əvvəlcə bunu sakit qarşılayan 22 yaşlı model daha sonra Qomezlə əlaqə saxlayıb.

O, müğənniyə "Ərimdən əl çək" kimi sözlər deyərək, hiddətlənib. Selena isə onun əsəbinə gülməklə qarşılıq verib.

Cütlüyə yaxın mənbələr söyləyir ki, Qomez Biberin onu hələ də sevdiyindən əmindir. O, düşünür ki, Castin Heylidən ayrılacaq və yenidən Selena ilə münasibətinə davam edəcək.