Bolqarıstan gimnastı 35-ci Avropa çempionatında finala çıxmağı hədəfləyir


Digərləri 17 May 2019 14:20:40 196 0

Bolqarıstan gimnastı 35-ci Avropa çempionatında finala çıxmağı hədəfləyir

Bolqarıstan gimnastı Neviana Vladinova Avropa çempionatında finala çıxmağı hədəfləyir

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Bolqarıstan gimnastı Neviana Vladinova Avropa çempionatında finala çıxmağı hədəfləyir. Bunu Trend-ə müsahibəsində gimnast özü deyib. O, Milli Gimnastika Arenasında çıxış etməkdən məmnun olduğunu bildirib: “Məqsədim yalnız finala çıxmaqdır. Mən Bakıda digər turnirlərdə də iştirak etmək niyyətindəyəm”. N.Vladinova tamaşaçıların dəstəyini xüsusi qeyd edib. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.