Şəmkirdə toyda dava düşüb, gəlinin atası bıçaqlanıb


Kriminal 17 May 2019 14:09:00 263 0

Şəmkirdə toyda dava düşüb, gəlinin atası bıçaqlanıb

Şəmkirdə iki nəfəri bıçaqlamaqda təqsirli bilinərək həbs edilən Ramiz Rzayev Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası iyul ayının 17-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Şəmkirdə baş verən toy şənliyində rayon sakini Razim Rzayev ağır dərəcəli sərxoş olduğu üçün toydan uzaqlaşdırılıb.

Bundan hiddətlənən Rzayev bıçaqla ev sahiblərinə hücum edib. O, gəlinin atası 46 yaşlı Azər Qasımovu bıçaqla ölümcül yaralayıb. Ailənin yaxın qohumu Etibar Məmmədhəsənova isə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib.

Bıçaqlanan hər iki yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.