Agentlik: Azərbaycanın bitkiçilik məhsullarının Avropaya ixracı geniş vüsət alıb


Digərləri 17 May 2019 13:52:00 239 0

Agentlik: Azərbaycanın bitkiçilik məhsullarının Avropaya ixracı geniş vüsət alıb

Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan tələblər beynəlxalq standartlara uyğundur: "Azərbaycanın məhsulları Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Azərbaycanın bu sahədə verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır".