Millət vəkili: "Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir"


Siyasət 17 May 2019 13:17:00 230 0

Millət vəkili: "Hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir"

Azərbaycan Prezidenti İlham Əliyev Belçikada keçirdiyi görüşlərdə ölkəmizin ərazi bütövlüyü məsələsini qaldırdı.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili bildirib ki, hər bir azərbaycanlı beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentini dəstəkləməlidir:

"Azərbaycanlılar işğalçı ölkənin baş nazirinə qarşı etiraz aksiyası keçirməlidir. Son dövrlərdə bu istiqamətdə işlər aparılır. Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib işlər görür".