Şəbnəm: "Kanallar üzərimdə reytinq qurur"


Şou-biznes 17 May 2019 13:09:00 247 0

Şəbnəm: "Kanallar üzərimdə reytinq qurur"

ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində müğənni Şəbnəm Tovuzluya ünvanlanmış sual onu qalmaqalın mərkəzinə salıb. Belə ki, proqramda Şəbnəmin Amerikanı Avropa şəhəri adlandırması onu lağ və tənqid obyektinə çevirib.

İş o yerə çatıb ki, Tovuzlu bir neçə TV-yə qadağa tətbiq edib. Şəbnəm bundan sonra həmin televiziya kanallarının heç bir verilişinə qatılmayacağını bəyan edib.

Yaşanmış olayla bağlı Şəbnəm Tovuzlu Oxu.az-a özəl videomesaj yollayıb.

Müğənni videoda son günlər adı hallanan məsələ ilə bağlı danışıb. Bildirib ki, kanallara hörmət etsə də, onlar adekvat münasibət göstərmirlər:

"Dostlarıma qarşı hər zaman hörmətlə yanaşıram. Amma dost bildiyim bəzi kanallar mənə bir müğənni kimi hörmət qoymurlar. Mən onlardan qarşılıqlı hörmət görmürəm. Üzərimdə reytinq qurub, haqqımda xoşagəlməz sözlər deyilirsə, bu, şəxsən məni tamaşaçıların gözündən salmaq deməkdir.

Heç də yaxşı bir şey deyil. Yaşadığım bu söz-söhbətlərdən sonra özümə söz vermişəm ki, bir neçə kanalın efirinə çıxmayacağam. Qadağa qoymuşam, getməyəcəyəm. Başqa müğənnilər var, onları çağırsınlar, nə qədər istəyirlər onlardan reytinq götürsünlər. Mən artıq yoxam".