Hazırda bu küçələrdə svetofor işləmir


Digərləri 17 May 2019 12:57:00 229 0

Hazırda bu küçələrdə svetofor işləmir

Elektirik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda Qara Qarayev prospektinin Əli Vəliyev, Azər Manafov və Özbəkistan küçələri ilə kəsişməsində svetoforlar fəaliyyət göstərmir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.