"Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti"nə verilən lisenziya məhdudlaşdırılıb


Digərləri 17 May 2019 12:47:00 257 0

"Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti"nə verilən lisenziya məhdudlaşdırılıb

Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və lisenziya verilən sığorta vasitəçiləri açıqlanıb

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyətinin qərarı ilə "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti"nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi mayın 17-dən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. MBNP-nin mətbuat xidmətindən Trend-in məlumatına görə, eyni zamanda, attestasiyadan müvəffəqiyyətlə keçən Banluyev Ramid Xalıq oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.