Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq


Digərləri 17 May 2019 12:21:00 221 0

Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq

Azərbaycanda bu ilin sonunadək blokçeyn texnologiyalarının tətbiqi üçün infrastruktur yaradılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın baş informasiya inzibatçısı Fərid Osmanov deyib.

O qeyd edib ki, bu, Azərbaycanda 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının imzalanması ilə başlamış pilot layihədir.

F.Osmanov qeyd edib ki, 2019-cu ilin əvvəlində müvafiq prototip yaradılıb:

"Hazırda blokçeyn texnologiyasının tətbiqi üçün müvafiq orqanlarla gələcək addımların üzrə plan hazırlanır".