Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb (FOTO)


Digərləri 17 May 2019 12:24:00 250 0

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının ikinci günü start götürüb. Trend-in məlumatına görə, gimnastların böyüklər üzrə fərdi proqramda halqa və topla hərəkətlərdə çıxışları olacaq. Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir. Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.