Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır


Kriminal 17 May 2019 12:14:00 271 0

Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır

Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb.

Son.az bildirir ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb:

"Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".