“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar


Digərləri 17 May 2019 12:19:00 202 0

“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar

Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı ilə keçirilən "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.

Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin, eləcə də, Azərbaycanın təmsilçisi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu anda ekrana ölkə təmsilçimiz Çingiz Mustafayevlə Azərbaycanın "Avroviziya-2019" mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın görüntüsü gəlib.

Kadrlarda mikrofonun üzərindəki Azərbaycan bayrağının tərs yapışdırıldığı diqqətdən yayınmayıb.


Xəbərə aid fotolar