ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib (FOTO)


Digərləri 17 May 2019 12:19:25 212 0

ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib. ADU-dan Trend-ə verilən məlumata görə, rektor, akademik Kamal Abdulla tamaşanın təqdimatının yüksək səviyyədə olduğunu deyib: “Tamaşanı universitetin tələbələrinin ifa etdiyini elan etməsəydilər, aktyorların Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olduğunu düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir. Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.