Nazir: Bu il qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69,1 faiz təşkil edib


Digərləri 17 May 2019 12:01:00 370 0

Nazir: Bu il qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69,1 faiz təşkil edib

Vergi sistemində dəyişikliklərin baş verməsi nəticəsində şahidi olduq ki, könüllü vergi ödəmələrinin həcmi artır.

Bakı. Vergi sistemində dəyişikliklərin baş verməsi nəticəsində şahidi olduq ki, könüllü vergi ödəmələrinin həcmi artır. Trend xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 2018-ci ilin birinci rübünün sonunda vergi plan proqnozuna nisbətən yığılan vəsaitin həcmi təxminən 150 milyon manat olduğu halda, cari ilin ilk dörd ayı nəticəsində bu rəqəm 200 milyon manatdan çoxdur: “Bunun əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir. Dəyişikliyin əsas səbəbi vergi yükünün azaldılması ilə paralel olaraq, qanunvericilikdə nəzərdə tutulan bütün güzəştlərin tam həcmdə tətbiq edilməsidir. 2019-cu ilin yanvarın 1-dən bizim qanunvericilikdə bir çox aparıcı yanaşmalar öz əksini tapdı. Vergi yükünün azalması, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərən muzdlu işçiyə aiddir". Mikayıl Cabbarovun sözlərinə görə, vergilər sahəsində həyata keçirilən islahatlar öz nəticələrini verir.