Səfir: ABŞ şirkətləri Azərbaycanda keçirilən islahatları yüksək qiymətləndirir


Digərləri 17 May 2019 12:09:35 189 0

Səfir: ABŞ şirkətləri Azərbaycanda keçirilən islahatları yüksək qiymətləndirir

ABŞ bütün istiqamətlərdə Azərbaycanı dəstəkləyir

Bakı. Sara İsrafilbəyova - ABŞ bütün istiqamətlərdə Azərbaycanı dəstəkləyir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib. Səfir qeyd edib ki, iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxartmaq olar. Cənub Qaz Dəhlizinin vacibliyini vurğulayan E.Litsenberger deyib ki, bu layihə təkcə Azərbaycan üçün yox, həm də Avropa üçün çox vacibdir. Səfir əlavə edib ki, ABŞ şirkətləri Azərbaycanda həyata keçirilən vergi və gömrük islahatlarını yüksək qiymətləndirir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin