Nazir: Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur


Digərləri 17 May 2019 11:44:00 246 0

Nazir: Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur

Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur.

Bakı. İlhamə İsabalayeva - Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur. Trend-in məlumatına görə, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi baxımından maraqlıdır: "Fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların məhsullarının daxili və xarici bazarlarda daha rəqabətqabiliyyətli ola bilməsi hazırda aqrar sahənin əsas inkişaf məqsədlərindən biridir". İ.Kərimov əlavə edib ki, bu gün ərzağın təmiz və keyfiyyətli olması qida təhlükəsizliyinin əsas vəzifələrindən biridir.