Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi


Dünya 17 May 2019 11:34:00 304 0

Azərbaycanlıların Çinin bu şəhərinə girişi qadağan edildi

Tatarıstan və Dağıstanda dünyaya gələn Rusiya vətəndaşlarının Çinin Fuyuan şəhərinə girişinə qadağa qoyulub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tatar-inform"a  Xabarovsk şəhər sakini bildirib.

İnformasiyanı Çinə səfərlər təşkil edən turizm şirkətləri də təsdiqləyib.

"Çin tərəfi rəsmi sənədləri təqdim etməyib. Lakin praktikada onlar dərhal xəbərdarlıq edərək girişə imkan vermirlər. Düşünürəm ki, onlar dini prinsiplərə görə müsəlman terrorizmindən çox qorxurlar", - deyə Xabarovskda fəaliyyət göstərən "Sahekspo" turagentliyindən bildirilib.

"Laquna tur" şirkəti qadağanın həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda doğulan insanlara da şamil olunduğunu açıqlayıb.


Xəbərə aid foto