İstanbul səhəri əməliyyatla açdı


Dünya 17 May 2019 11:39:00 291 0

İstanbul səhəri əməliyyatla açdı

İstanbulda FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha bir əməliyyat keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat çərçivəsində 48 hərbçi saxlanılıb.

Saxlanılanlardan 10 nəfərin istefada olan zabit olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.