Luvr piramidasının memarı öldü:


Dünya 17 May 2019 11:29:00 259 0

Luvr piramidasının memarı öldü:

Dünyanın bir sıra mötəbər memarlıq abidələrinin, o cümlədən, Parisin Luvr muzeyinin şüşə piramidasının memarı olan Pey Yuymin (həm də Yuy Min Pey adı ilə tanınır - red.) 102 yaşında vəfat edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, praqmatik sənətkarın Nyu-York şəhərində dünyasını dəyişdiyi bildirilir.

Pey Yuymin 1917-ci ildə Çinin Quanjo əyalətində anadan olub. 18 yaşında olanda ABŞ-a köçüb. Pensilvaniya, Harvard Universitetlərində ali təhsil alıb. İkinci Dünya Müharibəsindən sonra aktiv şəkildə memarlıqla məşğul olmağa başlayıb, 1955-ci ildə öz memarlıq şirkətini təsis edib.

Pey Yuymin XX əsrin dahi memarlarından sayılır. Şimali Amerika, Asiya və Avropada çoxsaylı möhtəşəm bələdiyyə, hotel, məktəb və digər binalar, komplekslər onun imzasını daşıyır.


Xəbərə aid fotolar