Ürək əməliyyatından çıxan ifaçının rəqsi hamını heyrətləndirdi


Digərləri 17 May 2019 10:54:00 245 0

Ürək əməliyyatından çıxan ifaçının rəqsi hamını heyrətləndirdi

Əfsanəvi "The Rolling Stones" rok qrupunun solisti 75 yaşlı Mik Caqqer "Instagram" səhifəsində musiqi sədaları altında zalda rəqs etdiyini əks etdirən görüntülər paylaşıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, müğənni bir ay əvvəl ağır ürək əməliyyatı keçirib.

Müğənninin sevənləri sosial şəbəkədə kumirlərinin əməliyyatdan sonra belə şux rəqs etməsinə valeh olub.

Qeyd edək ki, "The Rolling Stones" qrupu yaxın zamanda ABŞ-da silsilə konsertlər verməyə hazırlaşır. Qastrol səfərləri Caqqerin sağlamlığı ilə əlaqədar təxirə salınmışdı.