Bakıda məşhur milyonçu baldızı ilə oğlunu həbs etdirdi


Kriminal 17 May 2019 10:49:00 252 0

Bakıda məşhur milyonçu baldızı ilə oğlunu həbs etdirdi

Bakının məşhur iş adamı, "Bizim market"lərin və 8-ci kilometrdəki maşın bazarının, həmçinin digər müxtəlif şirkətlərin sahibi Rasim Salmanovun iki yaxın qohumuna cinayət işi açdırması ilə bağlı növbəti məhkəmə prosesi başlayacaq.

Son.az bildirir ki, news24.az-ın məlumatına görə, R.Salmanovun baldızı Quliyeva Həcər Şaiq qızı və onun oğlu Quliyev Sahib Arif oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü, yəni mənimsəmə və ya israf etmə - Külli miqdarda törədildikdə maddəsi ilə açılan işə Ali Məhkəmədə də baxılacaq. Proses hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi ana və oğlunun məhkum edilməsinə qərar versə də, tanınmış biznesmen qərardan narazı alaraq apelyasiya şikayəti vermişdi.

Qalmaqallı iş adamı arvadının bacısını və onun oğlunu "Bizim market"lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edib.