Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır


Digərləri 17 May 2019 10:41:00 224 0

Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan hamilə qadının vəziyyəti ağırdır

Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb.

Bakı. İlhamə İsabalayeva - Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın bıcaq xəsarətləri alıb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb: "Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".