Finala keçən Çingiz:


Digərləri 17 May 2019 10:14:00 325 0

Finala keçən Çingiz:

"İçimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri"Eurovision 2019" müsabiqəsində finala keçən təmsilçimiz Çingiz Mustafayev şoudan sonra keçirilən mətbuat konfransında deyib.

Səhnədə "Truth" mahnısını ifa edən müğənninin finaldakı çıxış nömrəsi də məlum olub.

O, 18 mayda keçirilməsi planlaşdırılan şounun ikinci hissəsində 20-ci nömrə altından çıxış edəcək.

Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.