Arsenal Mxitaryanla bağlı qərarını verdi


İdman 17 May 2019 10:02:00 251 0

Arsenal Mxitaryanla bağlı qərarını verdi

Goal.az-ın "The Times" nəşrinə istinadən xəbər verir ki, klub təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq.

Arsenal-ın erməni Henrix Mxitaryanı Avropa Liqasının finaloyunu üçün Bakıya gətirməyəcək.

Klubun bu qərarına səbəb erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə biləcəyi ehtimalıdır.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət vermişdi.