"WhatsApp" istifadəçiləri təhlükədə


Digərləri 17 May 2019 09:44:00 262 0

"WhatsApp" istifadəçiləri təhlükədə

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" hak olunub.

Son.az xəbər verir ki, bu barədə məlumatı "The Financial Times" nəşri yayıb. Məlumata görə, hakerlər ələ keçirdiyi "WhatsApp" vasitəsi ilə istifadəçilərə aid bütün məlumatları əldə ediblər.

1.5 milyondan çox istifadəçisi olan "WhatsApp"a edilən kiberhücum sayəsində minlərlə insana aid özəl məlumatlar oğurlanıb.

Bu hadisə may ayının əvvəlində baş verib. Hətta istifadəçilərin GPS məlumatları və şəxsi mesajları da ələ keçirilib.

İstifadəçilər naməlum nömrədən gələn "WhatsApp" zənginə cavab verməklə özləri də bilmədən bu "virus"u telefonlarına qəbul ediblər.