Bakıdan Rusiyanın bu şəhərinə birbaşa reys açıldı


Digərləri 17 May 2019 09:39:00 233 0

Bakıdan Rusiyanın bu şəhərinə birbaşa reys açıldı

Həşətərxana hava gəmisiilə gedirdik. Səfərimizin məqsədi "Buta Airways" aviaşirkətinin Rusiyanın bu cənub şəhərinə təyyarə reysinin açılışı idi.

16 may 2019-cu il tarixindən etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri - Həştərxana birbaşa aviareyslərə başladı.

Aviaşirkət artıq Bakıdan Moskva, Santk-Peterburq, Kazan, Mineralnıye Vodı və Ufa şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.

Şirkətin digər istiqamətləri kimi Bakı - Həştərxan istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.

Xəzərin sahilində yerləşən Həştərxan balığı ilə məşhurdur. Xəzər dənizi və Volqa çayı balıq həvəskarlarını cəlb edir.

Bakıdan Həştərxana 750 km-lik yol 1 saat 15 dəqiqəyə qət edildi. Hava limanında rus qızlar əllərində çiçəklər və milli yeməkləri ilə qarşıladılar ilk sərnişinləri.

"Buta Airways"in rəhbəri Nazim Səmədov jurnalistlərə verdiyi açıqlamada yeni açılan reysin Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini deyib:

"Bu reys hər iki ölkə vətəndaşları üçün bu şəhərləri daha da yaxın edir. "Buta Airways"in bu uçusu iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində, biznes dövriyyəsinin artırılmasında böyük rol oynayacaq. "Buta Airways"in uçuşları və istiqamətləri dayanmadan artır. Bu da bizim ölkə turizminin inkişafına müsbət təsir göstərir. Həştərxan şəhərinə olan reysimiz bizim Rusiyadakı artıq 6-cı reysimizdir.