Arvad ərini ürəyindən bıçaqladı


Kriminal 17 May 2019 09:24:00 253 0

Arvad ərini ürəyindən bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirləndirilən G.İsmayılovanının cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 20-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 7-də Gəncə sakini 1991-ci il təvəllüdlü İbrahim İsmayılov sinəsindən və qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

İbrahim İsmayılov ilkin ifadəsində həyat yoldaşını qorumaq üçün özü özünü bıçaqladığını deyib. Lakin araşdırma zamanı bəlli olub ki, onu münaqişə zəminində arvadı, 1994-cü il təvəllüdlü İsmayılova Günay Cuma qızı bıçaqlayıb.