Türkiyədə miqrantları daşıyan yük maşını aşıb: 5 ölü, 37 yaralı


Dünya 17 May 2019 08:40:00 229 0

Türkiyədə miqrantları daşıyan yük maşını aşıb: 5 ölü, 37 yaralı

Türkiyənin Van şəhərində qeyri-leqal miqrantları daşıyan yük maşını aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 miqrant həlak olub, 37-si isə xəsarət alıb.

Hadisə yerinə 11 təcili yardım maşını cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.