Meksikada daha bir jurnalist qətlə yetirilib


Digərləri 17 May 2019 08:49:00 186 0

Meksikada daha bir jurnalist qətlə yetirilib

Meksikanın Playa-del-Karmen şəhərində (Kintana-Roo ştatı) müxbir Fransisko Romero Dias qətlə yetirilib

Bakı. Meksikanın Playa-del-Karmen şəhərində (Kintana-Roo ştatı) müxbir Fransisko Romero Dias qətlə yetirilib. Trend-in "Universal" portalına istinadən verdiyi məlumata görə, jurnalistin cəsədi şəhərin küçələrindən birində güllə yaraları ilə aşkar edilib. Qeyd edək ki, Milli İnsan Hüquqları üzrə Komissiyanın məlumatına əsasən, 2000-ci ildən Meksikada 140-dan artıq jurnalist qətlə yetirilib.