NurSultandan qalxan təyyarə Şeremetyevoda məcburi eniş edib


Dünya 17 May 2019 08:12:00 216 0

NurSultandan qalxan təyyarə Şeremetyevoda məcburi eniş edib

"Air Astana" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında qəza enişi edib.

Son.az Trend-ə istinadən bildirir ki, Nur-Sultan - Moskva reysini həyata keçirən təyyarə nasazlığın yaranması səbəbindən eniş etmək məcburiyyətində qalıb.

Bildirilir ki, hava limanının bütün operativ xidmətləri səfərbər edilib.