Malayziyada brakonyerliyə görə rekord cərimə təyin olunub


Digərləri 17 May 2019 04:30:00 224 0

Malayziyada brakonyerliyə görə rekord cərimə təyin olunub

Malayziyanın şimalında yerləşən Kuala-Trenqanu şəhərinin məhkəməsi iki vyetnamlı brakonyerə rekord məbləğdə - 375 min dollar cərimə təyin edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ilin aprelində həbs olunan Vyetnam vətəndaşlarından onlarla bəbir, tapir və malay ayısı dərisi aşkarlanıb.

Məhkəmənin qərarına əsasən, cərimədən əlavə brakonyerlər iki il həbs cəzasına məhkum olunub. Cərimə ödənilməsə, onlar 16 il azadlıqdan məhrum ediləcəklər.