Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında təbəssümlər, pozitiv və yaxşı əhval-ruhiyyə (FOTO)


Digərləri 17 May 2019 02:07:32 241 0

Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında təbəssümlər, pozitiv və yaxşı əhval-ruhiyyə (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçirilir

Bakı. Cani Babyeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı keçirilir. Trend-in məlumatına görə, yarışlar bədii gimnastika azarkeşləri üçün əsl bayramdır. Çempionatına tamaşaçıları böyük məmnuniyyətlə gimnastların parlaq və baxımlı çıxışlarını izləyirlər. Bundan əlavə, Luici adlı meymun - maskot tamaşaçılara və gimnastlara təbəssüm, pozitiv və yaxşı əhval-ruhiyyə bəxş edir. Meymun Luici tamaşaçıları interaktiv çıxışları ilə sevindirir. Qeyd edək ki, meymun Luicinin obrazını iki professional aktyor canlandırır - Skott Hesinqton və Berri Anderson. Xatırladaq ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb. 16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.