Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər


Digərləri 16 May 2019 23:46:00 229 0

Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır. Bunu "İnterfaks-Azərbaycan"a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

"Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın", - R.Vondraçek bildirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. "Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb", - R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda "Ceska Zbrojovka" xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. "İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur", - R.Vondraçek vurğulayıb.