Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi


Digərləri 16 May 2019 22:30:00 206 0

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi

Almaniyanın “Lilium” startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb

Bakı. Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb. Trend-in məlumatına görə, 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib. Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub. Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.