Qulaq cingildəməsi: dəhşətli xəstəliklərin carçısı... –


Digərləri 16 May 2019 22:25:00 270 0

Qulaq cingildəməsi: dəhşətli xəstəliklərin carçısı... –

Qulağımız cingildəyən kimi "kimsə məndən danışır"  deyirik. Lakin bu o qədər də bəsit deyil. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?   Son.az medicina.az-a istinadən mövzu ilə əlaqədar faydalı məlumatı təqdim edir.    Qulaq cingiltisinin əsan səbəblərindən biri də məhz qulaq kiridir. Həkimlər qulaq cingiltisini duyduğunuz anda ən az yarım saat klassik musiqi dinləməyi tövsiyə edir.  Bu zaman öz qulaq cingiltinizi eşitməyəcəksiniz.

Cingildəmənin altında yatan təhlükələr.     Anevrizm:     Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq bilinən anevrizm xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır.     Şişlər     Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.     Metabolik xəstəliklər     İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, tiroid xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.     Qulaq infeksiyası     Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.     Qulaq pərdəsində yırtıq     Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.

Orta qulaqda maye toplanması

Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.

Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.

Dərmanlar da səbəb ola bilər İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiotrik dərmanlar qulaq cingildəməsinə yol açır.

Allergik rinit

Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.

Səbəbsiz cingildəmə

Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.    Qulaq cingildəməsi xüsusilə yaşlı insanlarda daha çox müşahidə edilir.

Qulaq cingildəməsi, qulaq uğultusu və qulaq vızıltısına tibb dilində "tinnitus" deyilir. Qulaq cingildəməsinin çox müxtəlif səbəbləri var. Bunlar arasında qulaq çirki, daxili qulaq iltihabı, orta qulaq iltihabı, Meniere xəstəliyi, qızdırmalı xəstəliklər, yorğunluq, zəiflik, bəzi dərmanlar, yüksək və ya aşağı təzyiq ola bilər.   Qulaq cingildəməsi müxtəlif xəstəliklərdən qaynaqlana bilər. Xarici qulaq xəstəlikləri, orta qulaq xəstəlikləri, orta qulaq iltihabları, qığırdaq pozulması kimi səbəblərlə ortaya çıxa bilər. Səbəblər arasında ən çox görünəni isə daxili qulaqdakı tüklü hüceyrələrin degenerasiya olmasına görə ortaya çıxan qulaq cingildəmələridir. Buna sübjektiftir səbəb deyilir. Yəni xəstə tərəfindən eşidilir, sadəcə, başqası tərəfindən eşidilmir. Bir də obyektiv qulaq cingildəməsi var. Bunu isə başqası da qulaqları ilə eşidə bilər.   Qulaq cingildəməsinin qarşısı necə alınır?