Google translateın istifadə Wikipediaya ziyan vurur


Digərləri 16 May 2019 22:20:00 234 0

Google translateın istifadə Wikipediaya ziyan vurur

Wikipedia-nın yaranma məqsədi bilikləri hər kəs üçün açıq etməkdir. Lakin materialların böyük hissəsi yalnız ingiliscə paylaşılır. Hazırda ingilis dilli Wikipedia 5.5 milyon məqaləsi ilə ən nəhəng nəşr hesab olunur. 301 məşhur nəşrlərdən yalnız 15 nəşr məqalə sayının 1 milyonu keçməsi ilə övünə bilər. Amma onların keyfiyyəti o qədər də yaxşı deyil. Bəzi materialları isə ümumiyyətlə tapmaq olmur. Wikipedia-da bunun səbəbinin maşın tərcüməsində olduğunu deyirlər.

Son.az technote.az-a istinadən bildirir ki, bu ilin yanvar ayında Wikimedia Foundation qeyri kommersiya təşkilatı Google şirkəti ilə razılaşma imzaladı. Razılaşmaya əsasən Google Wikipedia-ya Google Translate tərcüməçisini öz tərcümə aləti ilə birgə istifadə etməyə icazə verdi. Lakin ingilis dilində olmayan materiallar ilə işləyən redaktorlar üçün bu daha da böyük bir problem yaratmış oldu. Bu, Wikipedia-nın maşın tərcüməsinə ehtiyacı barədə diskussiyaları yenidən canlandırdı.

Düzgün istifadə etdikdə avtomatik tərcümə redaktorların dəyərli vaxtına qənaət edə bilər. Əks halda isə nəticələr katastrofik ola bilərlər. Məsələn, portuqal Wikipedia-nın redaktoru məqalələrdən birində yolverilməz maşın təcüməsini aşkarladı. Bu məqalədə "village pump" (kənd quyusu) "bomb the village" (kəndi bombalamaq) sözünə çevrilmiş idi.

Avtomatik tərcümələr o qədər böyük bir problemə çevrildilər ki, Wikipedia-nın bəzi redaksiyalarında xüsusi qaydalar tərtib olunub. Bu qaydalara əsasən redaktorlar aşkarlanmış məqaləni tamamilə silə bilərlər. Silinməni asanlaşdırmaq üçün həta "X2. Tərcümə alətiylə yaradılmış səhifələr" kriteriyası da var.

Bluminqtonun İndian universitetində işləyən Professor Duqlas Xofştadter (Douglas Holfstadter) SZ-nin (süni zəka) insan üçün  tərcümə edə biləcək qədər hazır olması fikrini səhv hesab edir. O, bu mövzu ilə əlaqədar yazdığı məqalədə qeyd edir ki, maşın tərcüməsi səthidir, SZ söz və cümlələrin dərin mənasını anlamadan tərcümə edir. Belə sistemlər böyük məlumat massivlərində statik bənzərlikləri araşdıraraq tərcümə etməyi öyrənirlər, bu isə o deməkdir ki, onlar dilin bir çox nüanslarına qarşı koranədirlər.