Qahirədə dünyanın ən enli asma körpüsü istifadəyə verilib


Dünya 16 May 2019 21:31:00 227 0

Qahirədə dünyanın ən enli asma körpüsü istifadəyə verilib

Misirin paytaxtı Qahirənin şimal hissəsində Nil çayının üzərində yeni asma körpü istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, altızolaqlı körpünün eni 70 metrə yaxındır. Bu, dünyanın ən geniş körpüsüdür.

Ginnesin Rekordlar Kitabının regional bölməsinin məlumatına görə, hazırda bu körpünün dünyanın ən enli asma körpüsü kimi tanınması istiqamətində işlərə başlanılıb.