Mədəaltı vəzin 5 təhlükəli xəstəliyi –


Digərləri 16 May 2019 21:35:00 255 0

Mədəaltı vəzin 5 təhlükəli xəstəliyi –

Etiraf edək ki, bəzilərimiz böyük, əsas orqanlarımızı-qaraciyər, ürək, mədəni dərindən araşdırır, qeydinə qalır, amma vəzilər kimi kiçik orqanların heç adını bilmirik.

Mədəaltı vəzi orqanizmdə ən vacib rol oynayan orqandır. Onun sayəsində qida parçalanır, libid, zülal, karbohidrat mübadiləsi tənzimlənir. Vəzi o qədər incə, həssasdır ki, ətraf mühitin mənfi təsirinə tez təslim olur, zəifləyir, xəstələnir.

Bu xəstəliklərdən eləsi var ki, vəzini hissə-hissə və ya tam sıradan çıxarır, bununla da insanda silsilə problemlər başlayır.

Son.az medicina.az-a istinadən mədəaltı vəzin təhlükəli 5 növünü təqdim edir.

Mədəaltı vəzi mədənin arxasında yerləşib, endokrin və ekzokrin hissədən ibarətdir. Ekzokrin hissə çıxış axacaqlarından ibarətdir ki, onlar 12barmaq bağırsağa açılır. Burdan fermentlərlə zəngin pankreatik şirə axır, hansı ki, həzm prosesini tənzimləyir. Endokrin hissədə isə  insulin hüceyrələri və digər peptidlər sintez olunur. Məhz bu maddələr orqanizmin bütün orqan və toxumalarına təsir edir.

1.Kəskin və xroniki pankreatit

Mədəatı vəzin xəstəlikləri içində birinci yeri tutur. Orqanın iltihabı ilə başlayır, fermentlər aktivləşərək orqanın üst qatına çıxıb, onu dağıdır.  Xəstəliyin yaranma səbəbləri çoxdur, yaş həddi tanımır: alkoqol, siqaret, travma, infeksiyalar, öd yollarının pozulması, həzm problemləri, iltihab, qidalanma. Bu xəstəlik zamanı epiqastral nahiyədə küt ağrı, sancı, ürəkbulanma, qusma, öd qusma, nəcisin dəyişməsi baş verir.

Müalicəsi ferment preparatları, dieta, zərərli vərdişlərdən uzaq durmaq, ağrıkəsici, iltihab əleyhinə dərmanlarla aparılır.  Ağır hallarda əməliyyat aparılır.

2.Mədəaltı vəzin xərçəngi

Bədxasəlli törəmə orqanın toxuma və ya axarlarında əmələ gəlir. Çox ağır onkoloji xəstəlik olub, ölümlə nəticələnir. Xəstəliyə səbəb həddən artıq içki qəbulu, siqaret, narkotika, dərmanların çox qəbulu, yağlı, qızardılmış, quru yeməklər, qaraciyərin sirrozu. Xəstəliyi erkən mərhələdə aşkar etmək mümkün deyil, çünki kəskin əlaməti olmur.

Xəstə zamanla arıqlayır, iştahı pozulur, zəifləyir, dəri və selikli qişada saralma olur.  Təəssüf ki, müalicə və əməliyyat yalnız 20% xəstədə 5 illik ömür proqnozu verir.

3.Mukovisçidoz