Gitə qarşı hücumlar baş verir


Digərləri 16 May 2019 21:20:00 244 0

Gitə qarşı hücumlar baş verir

GitHub, GitLab və Bitbucket servislərinə hücumların baş verməsi müşahidə olunur.  Hücum edənlər repositoriyaları təmizlədikdən sonra istifadəçidən  məlumatlarının geri qaytarılması üçün 0.1 BTC (təxmini $700) tələb edirlər (əslində sadəcə commit-ların başlıqları dəyişir və məlumatı bərpa etmək olar). Təkcə GitHub-da 371 hücum qeydə alınıb.

Son.az technote.az-a istinadən bildirir ki, parolları zəif idi və ya köhnə tətbiqlərdən çıxış tokenlərini silməyi unudublar. Bəziləri hesab edir ki, (hələ ki təsdiq olunmamış fərziyyə) hesabların itkisi macOS və Windows-da Git ilə işlər üçün GUİ təqdim edən SourceTree tətbiqində yaranmış problemdən qaynaqlanır. Martda SourceTree tətbiqində bir sıra kritik boşluqlar aşkar olunub.