Nokia yeni büdcəli smartfon üzərində çalışır


Digərləri 16 May 2019 21:10:00 208 0

Nokia yeni büdcəli smartfon üzərində çalışır

ABŞ-ın FCC adlı nizamlayıcı orqanının məlumatlar bazasında TA-1182 model nömrəli yeni büdcəli Nokia smartfonu aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən məşhur brendin yeni smartfon modeli 159.22x76.24 mm ölçülərə sahibdir. Bundan belə qənaətə gəlmək olar ki, yeni Nokia modelinin ekran ölçüsü 6 düymdən biraz böyük olacaq. Bununla yanaşı smartfon Snapdragon 429 prosessoru və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, o, Bluetooth 5.0 LE, Wi-Fi b/g/n və GPS modul kimi özəlliklərə də sahib olacaq. Smartfon Android Pie əməliyyat sisteminin təmiz versiyası vasitəsilə çalışacaq. Smartfonun hansı ad ilə satışa çıxacağı barəsində məlumat yoxdur. Lakin güman edilir ki, o, Nokia 3.2 modelinin daha sadələşdirilmiş versiyası olacaq. Cihazın nə zaman təqdim olunacağı bilinmir. Lakin onun barəsində artıq məlumatların yayılmasını nəzərə alsaq, çox güman ki, smartfon yaxın müddətdə təqdim olunacaq.