Erdoğanı təhqir etməklə bağlı Şimali Kiprdə bəraət qərarı


Dünya 16 May 2019 21:08:00 211 0

Erdoğanı təhqir etməklə bağlı Şimali Kiprdə bəraət qərarı

Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikasının (ŞKTR) məhkəməsi Türkiyə prezidentini təhqir etməkdə ittiham olunan iki jurnalistin işi üzrə qərar çıxarıb.

Lefkoşa şəhərində mənzillənən "Afrika" qəzetinin direktoru Şener Levent və qəzetin yazarı Osman Tabakın işi üzrə məhkəmə altı aydır ki, davam edirdi.

Söhbət 2017-ci ilin dekabr ayında dərc edilmiş karikaturadan gedir. Afrika qəzetindəki həmin kollajda qədim yunan heykəli Erdoğanın başına işəyir.

Hakimin qərarına görə, bu kollaj bir xarici hökumət başçısına həqarət təşkil etmir. O, kollajın satira və metafor janrında dərc edildiyi qənaətinə gəlib.

Media mənsubları Türkiyə ilə ŞKTR arasındaki əlaqələri pozmaq cəhdi ilə xarici ölkə başçısı barədə təhqiredici məlumatlar yaymaqda ittiham edilirdi.

Hakim bu itithamlara yetərli dəlil olmadığını bildirib.