“Lotu Quli” ölüm ayağında olan “vorzakon”un yerinə keçə bilər


Kriminal 16 May 2019 20:10:00 265 0

“Lotu Quli” ölüm ayağında olan “vorzakon”un yerinə keçə bilər

Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturlar yaxın zamanlarda "rəhbərsiz" qala bilər. 

Son.az bildirir ki, "Qafqazinfo" "Arqumenti i faktı Ural" saytına istinadən xəbər verir ki, "başçı" "Vaqif Kamışlovski" (Vaqif Güləhməd oğlu Sultanov) ağır qaraciyər xəstəliyindən ölmək üzrədir.

Mənbələrin nəşrə verdiyi məlumata görə, o, bir neçə gün öncə palliativ müalicə üçün xəstəxanadan evə buraxılıb. Hazırda 67 yaşlı avtoritet ağır vəziyyətdədir. O, artıq heç kimi tanımır. Azərbaycan diasporası "vor zakon"un xaricdə müalicəsi üçün pul toplamağa başlayıb.

Qeyd olunur ki, "Kamışlovski"nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edib. Hələ apreldə "hakimiyyət"in "Vorotnik"ə (Aleksandr Vorotnikov) təhvil verilməsinin planlaşdırıldığı oğru "sxodka"sı dağıdılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları tərəfindən güc tətbiq edilərək görüşün qarşısı alınıb.