Şirvanda "VAZ" 55 yaşlı kişini vuraraq öldürüb


Digərləri 16 May 2019 20:01:08 196 0

Şirvanda "VAZ" 55 yaşlı kişini vuraraq öldürüb

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində qeydə alınıb. Şəhər sakini Yaqubov Rauf Bəxtiyar oğlu "VAZ 2106" markalı 10 EG 568 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, həmin küçə ilə hərəkətdə olan Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səftər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.