Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında Azərbaycan komandası 5 halqa ilə hərəkətlərdə finala çıxıb


Digərləri 16 May 2019 20:08:00 191 0

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında Azərbaycan komandası 5 halqa ilə hərəkətlərdə finala çıxıb

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında Azərbaycan komandası 5 halqa ilə hərəkətlərdə 21,650 xalla finala çıxıb.

Bakı. Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında Azərbaycan komandası 5 halqa ilə hərəkətlərdə 21,650 xalla finala çıxıb. Trend-in məlumatına görə, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı çərçivəsində qrup hərəkətləri proqramında gənc komandalar arasında finalçılar müəyyənləşdirilib. Finala Rusiya (23.7000 xal), Belarus (23.100 xal), İtaliya (23.050 xal), Ukrayna (21.800 xal), Azərbaycan (21.650 xal), İspaniya (21.400 xal), Estoniya (21.400 xal), Litva (20.725) çıxıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb. 16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.