Çexiya Azərbayanda aqromüəssisə yaratmağa hazırdır


Digərləri 16 May 2019 19:37:00 240 0

Çexiya Azərbayanda aqromüəssisə yaratmağa hazırdır

Son illər ərzində Azərbaycan fəal iqtisadi artım nümayiş etdirir və bunun nəticəsi olaraq regionun aparıcı ölkəsi hesab olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Çexiyanın Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak Azərbaycan-Çexiya biznes forumunda deyib.

O qeyd edib ki, Çexiya məhz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olmasına böyük əhəmiyyət verir:

"Bundan başqa, Çexiya Azərbaycanla kənd təsərrüfatı və investisiyalar sahəsində əməkdaşlıqda maraqlıdır. Məsələn, biz Azərbaycanda heyvandarlıq sahəsində tətbiq olunan aqrar qurğular inşa edə bilərik".