Merkel siyasətdən gedəcək


Dünya 16 May 2019 19:20:00 274 0

Merkel siyasətdən gedəcək

Almaniya Kansleri Angela Merkel Nazirlər Kabinetinə rəhbərlik edəcəyi vaxtın başa çatmasından sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

Son.az Trend-ə istinadən bildirir ki, A.Merkel 2021-ci ildən sonra siyasətdən gedəcəyini təsdiq edib.

A.Merkel deyib: "Səlahiyyət müddətim başa çatdıqdan sonra siyasətlə məşğul olmaq niyyətim yoxdur. Ötən ilin sonunda mən öz planlarım barədə məlumat vermişdim".

Qeyd edək ki, 2018-ci ilin sonunda A.Merkel Xristian-Demokrat Partiyasının sədrliyindən getsə də, kansler postunu tərk etməyib.