Mahmud MəmmədQuliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək


Siyasət 16 May 2019 19:00:00 358 0

Mahmud MəmmədQuliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Şurasının nazirlər görüşündə iştirak edəcək.

Bunu Son.az-a XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

Görüş mayın 16-17-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

Görüşün yekununda Finlandiya Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi Fransaya təhvil verəcək.