Bu mallar gömrük rüsumlarından azad edilir
Siyasət 16 May 2019 18:43:30 224 0
Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Gömrük tarifi haqqında" qanuna aşağıdakı məzmunda 20.0.21-ci maddə əlavə edilir:
"20.0.21. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı.".
Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.
Mənbə: milli.az