Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb


Digərləri 16 May 2019 18:50:00 235 0

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

https://az.trend.az/business/finance/3063117.html

Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi son 3 il ərzində 73 faiz artaraq 174 milyard manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda nağdsız hesablaşmalarda artım müşahidə olunur.

Departament direktoru qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı 4 istiqamət, 16 prioritet və 60 tədbiri əhatə edir.

K.Qurbanova əlavə edib ki, 2019-cu ilin sonunadək Mərkəzi Bank ani ödənişlər sistemini işə salmağı planlaşdırır: